Song: De Hardasan
Year: 2008
Viewed: 6 - Published at: 3 years ago

[Bənd 1]
Sən gedəndən şərik oldum kədərə
Dərdlərimi bölə - bölə yaşadım
Mən bilirdim ömrüm gedir boş yerə
Mən bunları bilə - bilə, damla – damla, gilə - gilə yaşadım

Sən gedəndən əsir oldum kədərə
Dərdlərimi bölə - bölə yaşadım
Mən bilirdim ömrüm gedir hədərə
Mən bunları bilə - bilə, damla – damla, gilə - gilə yaşadım

[Keçid]
Yaşadım, bir bilsən necə?
Yaşadım hər tənha gecə
Saxlayıb qəlbimdə gizlicə
Sənin mən sevgini yaşadım

Yaşadım, bir bilsən necə?
Yaşadım hər tənha gecə
Saxlayıb qəlbimdə gizlicə
Yaşadım, yaşadım, yaşadım
[Nəqərat]
De hardasan?
Yerini söylə mən gəlim
Yarım qalan ümidlərim
Səni deyə - deyə ağlar

De hardasan?
Sevgimə çatmayır əlim
Sənsiz yaşanan illərim
Ümid yollarımı bağlar
De hardasan?

[Bənd 2]
Ürəyim səni çox sevdi, dinmədim
Bu istəyin ağrısıyla yaşadım
Göz yaşım qəlbimə axdı, dinmədim
Bu yaşları gilə - gilə, damla – damla, silə - silə yaşadım

[Keçid]
Yaşadım, bir bilsən necə?
Yaşadım hər tənha gecə
Saxlayıb qəlbimdə gizlicə
Sənin mən sevgini yaşadım

Yaşadım, bir bilsən necə?
Yaşadım hər tənha gecə
Saxlayıb qəlbimdə gizlicə
Yaşadım, yaşadım, yaşadım
[Nəqərat]
De hardasan?
Yerini söylə mən gəlim
Yarım qalan ümidlərim
Səni deyə - deyə ağlar

De hardasan?
Sevgimə çatmayır əlim
Sənsiz yaşanan illərim
Ümid yollarımı bağlar
De hardasan?

De hardasan?
Sevginə çatmayır əlim
Sənsiz yaşanan illərim
Ümid yollarımı bağlar
De hardasan?

( rad brahimova )
www.ChordsAZ.com

TAGS :