Song: Sev Məni
Year: 2021
Viewed: 36 - Published at: 6 years ago

[Bənd 1]
Sev məni dəniz kimi
Sevgi ləpələritək kükrəyim, coşum, daşım
Sev məni güllər kimi
Həyatını bəzəyim
Ürəyinin ətirli çiçəyinə çevrilim

[Nəqərat]
Sev məni qadın kimi
Sev məni xanım kimi
Sev məni qadın kimi
Sev məni xanım kimi

Sev məni arzum kimi
Sev məni özün kimi
Necə görmək istərdin
O cür gördüyün kimi

Sev məni mənim kimi
Məni, olduğum kimi
[Bənd 2]
Sev məni bulaq kimi
Bu eşqin atəşindən sərinləyim, çağlayım
Sev məni çəmən kimi
Yaşıllığa bürünüb məhəbbət yollarında
Yaşıl işığa dönüm

[Nəqərat]
Sev məni qadın kimi
Sev məni xanım kimi
Sev məni qadın kimi
Sev məni xanım kimi

Sev məni arzum kimi
Sev məni özün kimi
Necə görmək istərdin
O cür gördüyün kimi

Sev məni mənim kimi
Məni, olduğum kimi
Necə görmək istərdin
O cür gördüyün kimi
Sev məni mənim kimi
Məni, olduğum kimi

( Glyaz Mmmdova )
www.ChordsAZ.com

TAGS :