Song: Uyma
Artist:  Miri Yusif
Year: 2019
Viewed: 34 - Published at: 3 years ago

[Nəqərat]
Qoyma, iztirab içində
Qoyma, zülmə tab içində
Qoyma, min əzab içində
Qəlbim yansın yenə

Uyma, hiylə hər biçimdə
Uyma, məğrur ol seçimdə
Uyma yalanlara
Tap işıqlı yol gecəmdə

[Bənd 1]
Biz sanki xeyir və şər
Ayrı düşən iki bəşər
Bizi kim fikirləşər?
Eşq yada düşər

Ox, ürəyimi ox deşər
Ruhum alışar, bişər
Cəzaları sərtləşər
[Keçid]
Məftillənib daş hasarlar
Burda kimin bəxti parlar?
Gözdən axar intizarlar

[Nəqərat]
Qoyma, iztirab içində
Qoyma, zülmə tab içində
Qoyma, min əzab içində
Qəlbim yansın yenə

Uyma, hiylə hər biçimdə
Uyma, məğrur ol seçimdə
Uyma yalanlara
Tap işıqlı yol gecəmdə

[Bənd 2]
Döz sən buna yavaş yavaş
Bizim sevgimiz savaş
Hər anı bir ixtişaş
Hər gecə təlaş

Kaş, bir ümid olardı kaş
Ürəyimiz oldu daş
Qan olub gözündə yaş
[Keçid]
Məftillənib daş hasarlar
Burda kimin bəxti parlar?
Gözdən axar intizarlar

[Nəqərat]
Qoyma, iztirab içində
Qoyma, zülmə tab içində
Qoyma, min əzab içində
Qəlbim yansın yenə

Uyma, hiylə hər biçimdə
Uyma, məğrur ol seçimdə
Uyma yalanlara
Tap işıqlı yol gecəmdə

( Miri Yusif )
www.ChordsAZ.com

TAGS :